İtaliyanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
“İtaliyanın Ankaradakı səfiri Giorgio Marrapodi 4 iyun tarixində Romada PKK-nın simvolları və fotoşəkillərinin yer aldığı nümayişdən narahatlığımızı ifadə etmək üçün bu gün (6 iyun) nazirliyimizə dəvət edilmişdir”, – xəbərdə deyilir.
İtaliyalı diplomata qeyd olunan tədbirdə terrorçu liderin əsərlərinin ictimaiyyətə nümayiş etdirildiyi bildirilib:
“Türkiyə tərəfindən fikir və istəklər adıçəkilən şəxsə çatdırılıb. Görüşdə Türkiyənin PKK-nın ictimai sahəyə aşıb-daşan qara piarından, QHT adı altında fəaliyyətindən, İtaliya bələdiyyələri tərəfindən terrorçuların liderinə fəxri vətəndaşlıq verilməsindən narazılığı çatdırılıb”.