Rusiya əleyhinə sanksiyalar onları qəbul edən ölkələrə də zərər verir. Məsələn, İtaliya iqtisadiyyatı buna görə 10-15 milyard avro itirib.
AzerTimes xəbər verir ki, bunu Rusiyada İtalyan Sahibkarlar Assosiasiyasının prezidenti Vittorio Torrembini deyib.
Torrembininin sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra İtaliya ilə Rusiya arasında ticarət dövriyyəsi 30 milyard avrodan 9 milyard avroya qədər azalıb.
“İtaliyanın Rusiyaya ixracı, 36%, Rusiyadan İtaliyaya idxal 70-80% azalıb”, – Torrembini bildirib.