İtaliya Rusiya qazından asılılıqdan belə qurtulacaq

İtaliya Rusiya qazından asılılıqdan belə qurtulacaq

İtaliya Rusiyadan enerji asılılığını azaltmaq üçün milli qaz hasilatını iki dəfə artıraraq ildə 6 milyard kubmetrə çatdırmağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə bu barədə İtaliyanın sənaye naziri Adolfo Urso deyib.

“Məqsədlərimizdən biri bizi mümkün qədər tez bir zamanda daha az asılı vəziyyətə salacaq və gələcəkdə Aralıq dənizinin enerji mərkəzinə çevirəcək plan hazırlamaqdır”, – nazir bildirib.

Nazir həmçinin, İtaliya hökumətinin Adriatik dənizində yeni dəniz qazma işlərinə də icazə verdiyini xatırladıb.

Teqlər: