İtaliya Rusiya diplomatlarını ölkədən çıxarır

İtaliya Rusiya səfirliyinin 30 əməkdaşını ölkədən çıxarır.

Trend-in
məlumatına görə, bunu İtaliyanın xarici işlər naziri Luici di Mayo
deyib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq Rusiya səfiri
Sergey Razov nazirliyə çağırılıb.

Qeyd edək ki, bu gün, həmçinin Fransa XİN 35 rusiyalı diplomatın
ölkədən çıxarılacağını bildirib.