İtaliya Azərbaycanın Qarabağda bərpa işlərində iştirak edən ilk
tərəfdaş ölkəsi olub.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun
Bayramov ADA Universitetində “Azərbaycan-İtaliya: çoxşaxəli
strateji tərəfdaşlığa gedən yol” adlı konfransda deyib.
“Azərbaycan və İtaliya arasında əlaqələr Prezident İlham
Əliyevin 2020-ci ildə bu ölkəyə səfərindən sonra daha da
möhkəmlənib”, – C.Bayramov bildirib.
Onun sözlərinə görə, ölkələr arasında təhsil, humanitar, ticarət
və digər sahələrdə əlaqələr inkişaf edir.
Nazir əlavə edib ki, Azərbaycan və İtaliya TAP layihəsinin işə
salınması sayəsində enerji sektorunda da tərəfdaşlıq əlaqələrini
gücləndirib.