İtaliya prezidenti parlamenti buraxdı

İtaliya prezidenti parlamenti buraxdı

İtaliya Prezidenti Serjio Mattarella parlamentin yuxarı palatası Senatı və aşağı palata olan Nümayəndələr Palatasını buraxıb.

AzerTimes xəbər verir ki, 2023-cü ilin ilk aylarında planlaşdırılan seçkilərin bu il sentyabrın 25-də keçirilməsi gözlənilir. Həmin müddətə qədər isə müvəqqəti hökumətin qurulması gündəmdədir.

Qeyd edək ki, M.Draqi istefa vermək qərarını iyulun 20-də İtaliya Senatında hökumətlə bağlı keçirilən etimad səsverməsində koalisiya tərəfdaşları olan “5 Ulduz Hərəkatı”, “İrəli İtaliya” və “Lega” partiyalarının üzvlərinin iştirak etməməsindən sonra qəbul edib.

Teqlər: