İtaliya ölkədaxili bölgələrarası səyahət qadağasının müddətini uzadıb.
AzerTimes-ın Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, 25 fevralda bitən bu məhdudiyyət 27 marta qədər qüvvədə qalacaq. Qadağa bütün ölkəyə şamil edilir. İstisna hallara fövqəladə vəziyyət və sağlamlıqla bağlı məsələlər daxildir.
Son məlumata əsasən, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 2 809 246, sağalananların sayı isə 2 334 968 nəfər təşkil edib. Ötən sutka ölkədə virusun törətdiyi fəsadlardan 274 dünyasını dəyişib, ölənlərin ümumi sayı 95 992-yə yüksəlib.