İtaliya minatəmizləmə sahəsində Azərbaycana əlavə dəstək göstərəcək

İtaliya minatəmizləmə sahəsində Azərbaycana əlavə dəstək
göstərəcək.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq
naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

“Bugünkü görüş zamanı mina təhlükəsizliyi və minaların
təmizlənməsi prosesi haqqında danışdıq. İtaliya şirkətləri bu işdə
iştirak edir. İtaliyalı həmkarım bildirdi ki, İtaliya şirkətləri
bununla bağlı əlavə addımlar atacaq. Minatəmizləmə sahsində
Azərbaycanın müvafiq qurumlarına dəstək göstərəcək”, – deyə nazir
bildirib.

Teqlər: