İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışlayır.
AzerTimes bu barədə nazirliyə istinadən məlumat verir.
Qeyd olunub ki, İtaliya XİN Avropa İttifaqının, o cümlədən İtaliyanın maraqları baxımından strateji region hesab olunan Cənubi Qafqazda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə ümid edir:
“İtaliya Aİ və ATƏT-in dəstəyi ilə Bakı və Yerevan arasında sabitlik və regional artım yönəlmiş dialoqun möhkəmlənməsini dəstəkləyir. Biz iki ölkə arasında vəziyyətin inkişafını, qarşılıqlı etimadın möhkəmlənmisini diqqətdə saxlayacağıq”.
Xatırladaq ki, iyunun 12-də Azərbaycan Ağdam rayonunda 97 min tank və piyada əleyhinə minanın qeyd olunduğu xəritə müqabilində 15 ermənini Ermənistana təhvil verib.
(Tərcümə: Orxan Nəbiyev)