İtaliya millisinin sabiq hücumçusu öldü

İtaliya millisinin sabiq hücumçusu öldü

İtaliya millisinin sabiq futbolçusu, dünya çempionatının “Qızıl buts” mükafatçısı Salvatore Skillaçi 59 yaşında dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, keçmiş hücumçu xərçəng xəstəliyindən vəfat edib.

Qeyd edək ki, millinin “Toto” ləqəbli sabiq üzvü 1990-cı ildə keçirilən dünya çempionatında “Qızıl buts” mükafatına layiq görülmüşdü. O, Almaniya yığmasının çempion olduğu yarışı 6 qolla bombardir kimi başa vurmuşdu.

Teqlər: