İngiltərə millisi Avropa çempionatının yarımfinal matçında əlavə vaxtda Danimarkanı 2:1 hesabı ilə məğlub etdi.
Trend TASS-a istinadən xəbər verir ki, görüş Londondakı Uembli stadionunda 64.950 tamaşaçı iştirakı ilə baş tutub.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk qolu 30-cu dəqiqədə cərimə zərbəsindən Danimarka millisinin oyunçusu Mikkel Damsqor vurdu. İngilislər Simon Kyerin (39-cu dəqiqə) avtoqolu sayəsində hesabı bərabərləşdirdilər. Əlavə vaxtda Qarri Keyn komandasına dəqiq zərbə ilə qələbə qaandlrdl (104).
Həlledici qarşılaşmada ingilislər Uembli stadionunda iyulun 11-də italyanlarla görüşəcəklər.