İtaliyanın Krotone şəhərinin limanında konteyner partlayıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Partlayış nəticəsində 3 nəfərin öldüyü, 4 nəfərin isə taleyinin naməlum olduğu bildirilib.
Ölənlərin hamısının xarici bayraq altında üzən gəminin ekipaj üzvləri olduğu vurğulanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.