İtaliya Konstitusiyasına düzəlişlər edilib

İtaliya parlamenti ölkənin əsas qanununa düzəlişləri
təsdiqləyib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, Konstitusiyada
ətraf mühitin mühafizəsinin zəruriliyi, habelə insan sağlamlığına
və ətraf mühitə zərərli olduqda şəxsi fəaliyyət hüququnun həyata
keçirilməsinin məhdudlaşdırılmasına dair müddəalar öz əksini
tapacaq.

Greenpeace və WWF daxil olmaqla beynəlxalq ətraf mühit
təşkilatları dəyişiklikləri dəstəkləyib.

İtaliya konstitusiyası 1947-ci ildə respublika idarəetmə
formasına keçdikdən sonra qəbul edilib. O vaxtdan bəri ölkənin əsas
sənədinə 16 dəfə düzəliş edilmişdir. İtaliya dünyada təbiətin
mühafizəsi ilə bağlı müddəaların əsas qanununa daxil edilmiş
beşinci ölkədir.