İtaliya komandası FIG Dünya Kubokunda birinci yeri tutub

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda üç
lent və iki topla qrup hərəkətləri proqramı üzrə birinci yeri
İtaliyanı təmsil edən komanda (30,400 xal) tutub.

AzerTimes-ın
məlumatına görə, ikinci yeri Yaponiya komandası (28,250 xal),
üçüncü yeri Qazaxıstan komandası (26,650 xal) tutub.

Azərbaycan komandası 24,750 xalla beşinci yerdə qərarlaşıb.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku
keçirilir. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi
etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Azərbaycan millisi yarışın bütün finallarında təmsil olunur:
Arzu Cəlilova halqa, top və lentlə hərəkətlərdə, Zöhrə Ağamirova
halqa və gürzlə proqram nümayiş etdirəcək. Qrup çıxışlarında
komanda əvvəlcə beş halqa, sonra üç lent və iki topla olan
kompozisiya təqdim edəcək. Komandada Güllü Ağalarzadə, Ləman
Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və
Dariya Sorokina yer alıb.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası qrup çıxışlarında
çoxnövçülükdə FIG Dünya Kuboku yarışlarının gümüş, bu gün isə beş
halqa ilə hərəkətdə qızıl medalını qazanıb.

Teqlər: