İtaliya İranın paytaxtı Tehrandakı konsulluğunu qeyri-müəyyən müddətə bağlayıb.
AzerTimes xəbər verir ki, bu barədə İtaliyanın Tehrandakı səfirliyi X hesabında məlumat paylaşıb.
“Zəruri məsələlər olduğu halda, İtaliya vətəndaşları elektron vasitə ilə konsulluqla əlaqə saxlaya bilərlər”, – məlumatda bildirilib.
Sözügedən addımın İranın İsrailə zərbələri ilə əlaqədar atıldığı vurğulanıb.