İtaliya ilə strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edirik – XİN

Azərbaycan İtaliya ilə strateji əlaqələrin daha da
möhkəmlənəcəyinə ümid edir.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” paylaşımında deyilir.

“Bu gün Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin
qurulmasının 30 ili tamam olur. Bu münasibətlə İtaliya
Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı
çatdırırıq. Biz Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin
daha da möhkəmlənəcəyinə ümid edirik”, – deyə paylaşımda
bildirilir.

Teqlər: