İtaliya hərbi qarşıdurmaya cəlb olunub – Razov

İtaliya hərbi qarşıdurmaya cəlb olunub – Razov

İtaliya Ukraynaya silah verməklə öz iradəsinin əksinə olaraq hərbi qarşıdurmaya çəkilir və bu münaqişənin tərəflərindən birinə çevrilir.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın İtaliyadakı səfiri Sergey Razov bildirib.

Onun sözlərinə görə, indi Rusiya ilə İtaliya arasında bütün əsas dialoq mexanizmləri dondurulub. Eyni zamanda, Kiyevə silah tədarükü artır.

“İtaliya hakimiyyəti Kiyevə bir milyard avro dəyərində beş yardım paketi təqdim edib. Onların arasında müxtəlif hərbi texnika və silahlar var idi. Bahalı hava hücumundan müdafiə, raketdən müdafiə sisteminin təhvil verilməsini əhatə edən altıncı yardım paketi hazırlanır. Digər məsələlərlə yanaşı, ukraynalı hərbçilər İtaliyada təlim keçirlər”, – Razov bildirib.

Teqlər: