İtaliya ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdə birini təşkil edən və son 70 ilin ən pis quraqlığından əziyyət çəkən Po çayı ətrafındakı bölgələrdə fövqəladə vəziyyət elan edib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, fövqəladə vəziyyət ölkənin beş şimal bölgəsinə təsir edəcək, bunlar Emiliya-Romanya, Friuli-Venesiya-Culiya, Lombardiya, Piemont və Venetodur.
İtaliya hökuməti quraqlıq problemlərinin həllinə 36,5 milyon avro ayırıb.