İtaliya COVID-pasport tələbini ləğv edir

İtaliya mayın 1-dən COVİD-pasport tələbini ləğv edəcək.

Trend xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Roberto
Speranza mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, hökumət hazırda COVİD-pasportlardan imtina
istiqamətində addımlar atır.

“Aprelin 1-dən müvafiq sertifikatlar açıq hava olan əksər
məkanları, mayın 1-dən isə – qapalı məkanları ziyarət zamanı tələb
olunmayacaq”, – nazir bildirib.

Teqlər: