İtaliya Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirəcək – Nazir müavini

İtaliya Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığı
gücləndirəcək.

Trend-in məlumatına görə, bunu İtaliyanın
ekoloji keçid məsələləri üzrə nazir müavini Vanniya Qava Bakıda
keçirilən 27-ci Energetika Forumunda deyib.

“Biz TAP-ın buraxılış gücünü 20 milyard kubmetrədək artırmaq
istəyirik. Bu, Yunanıstana, İtaliyaya tədarükün təmin olunması
baxımından vacib rol oynayacaq”, – deyə o bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi ilə İtaliyaya qaz
tədarükü 7,2 milyard kubmetrə çatıb. Təkcə bu ilin əvvəlindən əlavə
4 milyard kubmetr qaz idxal edilib.

Nazir müavini qeyd edib ki, indi tədarük həcmini 20 milyard
kubmetrədək çatdırmaq planlaşdırılır.

“Enerji təhlükəsizliyi, enerji keçidi məsələləri İtaliyanın
enerji siyasətində prioritetdir. Biz tərəfdaşlarımızla
infrastrukturun inkişafı və tədarükün şaxələndirilməsi üzərində
işləyəcəyəik”, – V.Qava deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: