Fevralın 12-də futbol üzrə İtaliya A Seriyasında XXV turun
mərkəzi görüşü keçirilib.
AzerTimes-ın
məlumatına görə, Neapoldakı “Dieqo Armando Maradona” stadionunda
təşkil olunmuş qarşılaşmada “Napoli” və “İnter” komandaları üz-üzə
gəlib. Gərgin keçən görüşdə heç-heçə qeydə alınıb – 1:1.
Hesabı 7-ci dəqiqədə meydan sahiblərindən Lorentso İnsinye
penalti zərbəsi ilə açıb. Qarşılaşmanın 47-ci dəqiqəsində isə Edin
Ceko bərabərlik qolunu vurub.
Bununla da “İnter” 24 oyundan sonra xalını 54-ə çatdıraraq
liderliyini qoruyub. “Napoli” isə 25 görüşdən 53 xalla 2-ci
yerdədir.