İtaliya baş naziri “AstraZeneca” vaksini ilə peyvənd olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

İtaliyanın baş naziri Mario Dragi koronavirusa qarşı “AstraZeneca” vaksini ilə peyvənd olunub.

AzerTimes-ın məlumatına görə, bu barədə baş nazirin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, M.Dragi və həyat yoldaşı Mariya Serenella Kappello Romada dəmiryol vağzalının vaksinasiya mərkəzində peyvənd olunub.


Xatırladaq ki, martın 9-da İtaliyanın 79 yaşlı prezidenti Serco Mattarella koronavirusa qarşı peyvənd olunmuşdu.