Futbol üzrə İtaliya çempionatının 30-cu turunda “Roma” klubu
səfərdə “Latsio”ya 3:0 hesabı ilə qalib gəlib.
AzerTimes-ın
məlumatına görə, qalib komandanın heyətində qolları İngiltərə
yığmasının hücumçusu Tammi Abraham (1-ci, 22-ci dəqiqə) və Lorenzo
Pelleqrini (40) vurub.
T.Abrahamın 56-cı saniyədə vurduğu qol Roma derbisi tarixinin ən
təz vurulan qolu olub.
“Roma” “Latsio” üzərində qələbə sayəsində turnir cədvəlində onu
keçərək 51 xalla 5-ci pillədə qərarlaşıb. “Latsio” 49 xalla altıncı
yerə düşüb.