İtaliya A Seriyası: “Napoli” “Latsio”nu məğlub edərək liderliyə yüksəlib

“Napoli” futbol klubu İtaliya çempionatının 27-ci turu
çərçivəsində səfərdə “Latsio”nu 2:1 hesabı ilə məğlub edib.

AzerTimes-ın
məlumatına görə, “Napoli”nin heyətində qolları Lorentso İnsinye
(62-ci) və Fabian Ruiz (90+4) vurub. “Latsio”dan Pedro (88)
fərqlənib.

“Napoli” 57 xal toplayaraq İtaliya çempionatının turnir
cədvəlində birinci yerə yüksəlib və əlavə göstəricilərə görə
“Milan”ı qabaqlayıb. “İnter” 55 xalla üçüncü yerdədir, onun
ehtiyatda bir oyunu var.

Teqlər: