İtaliya A Seriyası: “Milan” son dəqiqələrdə vurduğu qolla “Latsio”dan üstün olub

Aprelin 24-də futbol üzrə İtaliya çempionatının 34-cü turu
çərçivəsində “Milan” səfərdə “Latsio”nu məğlub edib.

Trend xəbər verir ki, Romada keçirilən görüş 2:1 hesabı ilə başa
çatıb.

Meydan sahiblərinin heyətində Çiro İmmobile (4-cü dəqiqə)
fərqlənib, Olivye Jiru (50) və Sandro Tonali (90+2) isə “Milan”ın
qollarına imza atıblar.

“Milan”ın son 3 görüşünü zədə səbəbindən buraxan hücumçu Zlatan
İbrahimoviç 68-ci dəqiqədə meydana daxil olub, məhsuldar ötürmə
edib və sarı vərəqə alıb.

Qeyd edək ki, “Milan” 74 xal toplayıb və A Seriyasında ikinci
yerdə qərarlaşan “İnter”i iki xal qabaqlayaraq birinci
yerdədir.

Üçüncü pillədə qərarlaşan “Napoli” səfərdə gözlənilmədən
“Empoli”ə uduzub 3:2. Bununlada neapol təmsilçisi “Milan” və
“İnter”dən altı xal geriləyib.

Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Salernitana” – “Fiorentina” – 2:1;

“Bolonya” – “Udineze” – 2:2;

“Genoa” – “Kalyari” – 1:0;

“Torino” – “Spezia” – 2:1;

“Venesiya” – “Atalanta” – 3:1;

“İnter” – “Roma” – 3:1;

“Verona” – “Sampdoriya” – 1:1.

Teqlər: