İtaliya A Seriyası: “İnter” səfərdə “Yuventus”u məğlub edib

Aprelin 3-də futbol üzrə İtaliya A Seriyasının 30-cu turunun
mərkəzi qarşılaşması keçirilib.

Trend xəbər verir ki, “Allianz” stadionunda baş tutan görüşdə
iki əzəli rəqib – “Yuventus” və “İnter” komandaları üz-üzə gəlib.
Gərgin keçən görüşdə qonaqlar minimal hesabla qalib gəlib – 1:0.
Oyunda yeganə qolun müəllifi matçın 45-ci dəqiqədə penalti
zərbəsindən sonra Hakan Çalxanoğlu olub.

Bu qələbə sayəsində “İnter” xal ehtiyatını 63-ə çatdıraraq
turnir cədvəlində üçüncü yerdəki yerini möhkəmlədib. “Yuventus” isə
59 xalla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, 66 xala malik “Milan və “Napoli” birinci və ikinci
yerləri bölüşür. Milanlılar bir oyun az keçirib və növbəti oyununu
aprelin 4-də öz meydanında “Bolonya” komandasını qəbul edəcək.

Turun bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Fiorentino” – “Empoli” – 1:0;

“Atalanta” – “Napoli” – 1:3;

“Udineze” – “Kalyari” – 5:1;

“Sampdoriya” – “Roma” – 0:1;

“Spezia” – “Venesiya” – 1:0;

“Latsio” – “Sassuolo” – 2:1;

“Salernitana” – “Torino” – 0:1.

Teqlər: