İtaliya 12 illik fasilədən sonra Suriyaya səfir təyin edib.
AzerTimes xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Diplomatik missiyaya əvvəllər İtaliya XİN-də Suriya böhranı üzrə xüsusi nümayəndə vəzifəsində çalışmış Stefano Ravanyan rəhbərlik edib.
Qeyd edək ki, İtaliyanın Suriyadakı səfirliyi 2012-ci ildə təhlükəsizlik məqsədilə boşaldılıb, lakin rəsmi olaraq bağlanmayıb.