İsveçrənin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassisdən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
gəlib.

Məktubda deyilir:

“Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə
ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz arasında sıx və qarşılıqlı etimada söykənən
münasibətlər əsas qlobal çağırışların öhdəsindən birgə gəlmək üçün
mühüm amildir.

Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına sülh və
firavan gələcək arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

Teqlər: