İsveçrədən vətəndaşlarına çağırış: Dərhal İranı tərk edin!

İsveçrədən vətəndaşlarına çağırış: Dərhal İranı tərk edin!

Yaxın Şərqdə gərginliyin artması və qeyri-sabitlik fonunda İsveçrə Xarici İşlər Nazirliyi öz vətəndaşlarını mümkün qədər tez İranı tərk etməyə çağırıb.

AzerTimes “Azad İran” Teleqram kanalına istinadla xəbər verir ki, artıq İsveçrənin Tehrandakı səfirliyi bəyanatla da çıxış edib.

Belə ki, İsveçrənin Tehrandakı səfirliyi öz vətəndaşlarına hazırda davam edən reyslərdən istifadə edərək ölkəni tərk etməyi məsləhət görüb.

Qeyd edək ki, bundan öncə daha 11 ölkə vətəndaşlarına İranı tərk etməklə bağlı çağırış edib.

Teqlər: