İsveçrədə yaşayan azərbaycanlılar Urmiya gölü ətrafında baş verən ekoloji fəlakətə diqqət çəkmək məqsədilə Bern şəhərində aksiya keçirəcəklər.
AzerTimes xəbər verir ki, bu barədə İsveçrədə yaşayan güneyli fəallar məlumat yayıblar.
Bildirilib ki, aksiya avqustun 29-da yerli vaxtla saat 17:00-dan 18:30-a kimi Bern şəhərinin Kasino Platez meydanında keçiriləcək.