Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası
Nazirliyinin koordinasiyası ilə İsveçrənin Ukraynadakı səfirliyi
aprel-may aylarında ölkənin altı rayonuna humanitar yardım
çatdırıb.
Trend “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə
Nazirlikdən bildirilib.
Qeyd edilib ki, İsveçrədən humanitar yardım Odessa (1,2 min
ton), Vinnitsa (1,1 min ton), Sumı (563 ton), Xarkov (527 ton),
Dnepropetrovsk (540 ton) və Nikolayev (818 ton) vilayətlərinə
gəlib.
Humanistar yardımın dəyəri 180 milyon dollardan artıq olub.