İsveçrə kimə vizanı ləğv edir ?

İsveçrə kimə vizanı ləğv edir ?

İsveçrə Ukrayna vətəndaşları üçün viza rejimini ləğv edəcək.

Bu barədə Ukrayna prezidentinin saytında Pyotr Poroşenko’nun İsveçrə Xarici İşlər Federal Departamentinin rəhbəri Didye Burkhalterlə görüşünün nəticələrinə dair yer alan məlumatda deyilir.

D. Burkhalter bildirib ki, ölkəsi Avropa İttifaqının digər ölkələri kimi iyunun 11-dən Ukrayna vətəndaşları üçün viza rejimini ləğv edəcək. Görüşdə həmçinin Ukraynanın keçmiş məmurlarının İsveçrə banklarındakı vəsaitlərinin qaytarılması prosesinin sürətləndirilməsi məsələsi də müzakirə olunub.