İsveçrə Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyə hazırdır

İsveçrə Ukraynada vəziyyətin nizamlanması üzrə danışıqlarda
vasitəçi kimi çıxış etməyə və ya danışıqlara ev sahibliyi etməyə
hazırdır.

AzerTimes-ın məlumatına görə, bunu Bern şəhərində keçirilən mitinq
zamanı İsveçrə Prezidenti İqnasio Kassis deyib.

“İsveçrə vasitəçilik etməyə və ya danışıqlara ev sahibliyi
etməyə hazırdır. İsveçrə neytrallığı və humanitar ənənələri özündə
birləşdirir”, – deyə İ.Kassis bildirib.