Məşhur İsveçrə saatlarının ixracı indiyədək görünməmiş həddə azalıb.
İsveçrə Saat Sənayesi Federasiyasının məlumatına görə, 2020-ci ilin aprelində ixracat ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz azalıb.
İxrac həcmi cəmi 328,8 milyon İsveçrə frankı – 340 milyon dollar təşkil edib. Bu zaman ixracın əsasını təşkil edən qol saatlarının xaricə satışı 82 faiz azalaraq 299,3 milyon frank olub.
Apreldə saatların Honkonqa ixracı 83 faiz, ABŞ-a 86 faiz, Cənubi Koreyaya 68 faiz, Yaponiyaya 86 faiz, Almaniyaya 82 faiz azalıb. Federasiyanın yaydığı press-relizdə qeyd edilir ki, Çin iqtisadiyyatı pandemiyanın təsirlərindən çıxmağa başladığına görə, bu ölkəyə ixrac martda 10,5 faiz artıb, apreldə isə 16,1 faiz azalıb.
Çinə satış ümumi ixracatın üçdə birinə bərabər olub.