İsveçrə Rusiyaya qarşı yeni neft embarqosunu təsdiqlədi

İsveçrə Rusiyaya qarşı yeni neft embarqosunu təsdiqlədi

İsveçrə Rusiyaya qarşı altıncı sanksiyalar paketini, o cümlədən Rusiya neftinə embarqonu təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə İsveçrə hökumətindən məlumat verilib.

“İyunun 10-da Federal Şura AB-nin Rusiya və Belarusa qarşı yeni sanksiyalarını təsdiqləməsi barədə qərar qəbul edib”, – məlumatda bildirilib.

Məlumata görə, sanksiyalar nəticəsində Rusiya və Belarusun dörd bankı beynəlxalq SWIFT sistemindən çıxarılıb. Bundan başqa İsveçrə hökuməti 100 nəfər Rusiya və Belarus vətəndaşının ölkəyə girişinə də qadağa qoyub.

Teqlər: