İsveçrənin maliyyə nəhəngi “Credit Suisse” Rusiyanın 17.6 milyard franklıq (19 milyard dollar) aktivlərini dondurub.
AzerTimes xəbər verir ki, bu barədə “Le Temps” nəşri yazıb.
Məlumata görə, dondurulan 17,6 milyard franklıq Rusiya aktivinin yalnız 4 milyard frankı İsveçrənin sanksiyalar siyahısına daxil edilmiş şəxslərə məxsusdur. Qalan 13,6 milyard isə digər ölkələrdə sanksiyalara məruz qalmış şəxslərə məxsusdur və bura Rusiya Mərkəzi Bankının pulları da daxildir.