İsveçrə prezidenti İqnazio Kassis ölkəsinin bir sıra Qərb
ölkələrindən fərqli olaraq Rusiya diplomatlarını ölkədən
çıxarmayacağını bildirib.
Bu barədə Trend
TASS-a istinadən xəbər verir.
“Federal Şura qərara gəldi ki, diplomatların ölkədən çıxarılması
nəyəsə qarşı sanksiya kimi deyil, təhlükəsizlik siyasəti məqsədləri
üçün istifadə edilməli olan tədbirdir”, – İsveçrə
Konfederasiyasının rəhbəri bildirib.
Kassisin fikrincə, bu xəttə sadiq qalmaq və “oyun qaydalarını
dəyişməmək” lazımdır.
Qeyd edək ki, bitərəf statusuna baxmayaraq, İsveçrə Aİ-nin
Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları tanıyıb. Ölkə Rusiyadan
olan 200-dən çox fiziki və hüquqi şəxsə qarşı məhdudlaşdırıcı
tədbirlər tətbiq edib.