Xəbər - Orxan Nəbiyev – Trend:
İsveçrə hökuməti iyunun 16-da Cenevrədə Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında keçiriləcək görüşlə əlaqədar hava məkanının bir hissəsini bağlayacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə İsveçrə hökumətinin qərarında deyilir.
Qeyd olunur ki, prezidentlərin görüşü ilə əlaqədar Cenevrə üzrə hava məkanının bağlanması təklifi qəbul edilib.
Qərar iyunun 15-17-də qüvvədə olacaq.