İsveçrə 2030-cu ilə qədər hərbi büdcəsini ÜDM-in 1%-ə çatdırmaq və Ukraynadakı münaqişə səbəbindən NATO və AB ilə əməkdaşlığı gücləndirmək istəyir.
AzerTimes xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.
Bildirilir ki, son illər Avropada təhlükəsizlik vəziyyəti pisləşdiyinə görə ordunun İsveçrəni və xalqını ən yaxşı şəkildə qoruması üçün bütün sahələrdə müdafiə qabiliyyətini gücləndirməlidir.