İsveçrə Dövlət Katibliyi Azərbaycanla bağlı yeni əməkdaşlıq strategiyasını təqdim edəcək

Xəbər - Ləman Zeynalova – Trend:

İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi (SECO) 2021-ci ilin sonu – 2022-ci ilin əvvəlində Cənubi Qafqaz üçün Regional əməkdaşlıq strategiyasını təqdim etməyi planlaşdırır.

Bu barədə Trend-ə Katiblikdən bildiriblər.

Qeyd olunub ki, strategiyanın reallaşdırılması COVID-19 pandemiyası ilə bağlı vəziyyətdən asılı olacaq: “Məzmun baxımından strategiya İsveçrənin Cənubi Qafqazda uzunmüddətli hədəflərinin icrasına yönəlib”.

Strategiya çərçivəsində Dövlət katibliyi 2022-2025-ci illərdə Azərbaycanda iqtisadi əməkdaşlıq layihələrinə təxminən 12 milyon dollar vəsait ayırmağı planlaşdırır.

SECO Azərbaycanda Dünya Bankı qrupunun Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən reallaşdırılan investisiya mühiti və rəqabətqabiliyyətlilik layihəsinə maliyyə dəstəyi göstərir.


Bu layihə ümumi investisiya iqliminin təkmilləşdirilməsi yolu ilə Azərbaycan hökumətini iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətliliyinin artırılmasında dəstəkləyir.

(Tərcümə: Orxan Nəbiyev)

Twitter: @Lyaman_Zeyn