Rusiyanın iştirakı olmadan Ukrayna üzrə konfrans nəticəsiz məsləhətləşmələrin növbəti mərhələsi olacaq.
AzerTimes xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmonin deyib.
O, Bernin belə bir forumun təşkilini öz üzərinə götürmək qərarını açıq şəkildə uğursuzluğa məhkum olan təşəbbüs kimi qiymətləndirib:
“Söhbət dünyanın əksər ölkələrinə Zelenskinin sülh formulunu Ukraynadakı vəziyyətin həlli üçün guya mübahisəsiz format kimi tətbiq etmək cəhdindən gedir. İsveçrə diplomatiyası uğursuzluğa məhkum olan təşəbbüsə qoşulmağa qərar verdi”, – diplomat vurğulayıb.