İsveçrə Almaniyaya razılıq verdi: Yeni silahlar gəlir

İsveçrə Almaniyaya razılıq verdi: Yeni silahlar gəlir

İsveçrə Avropa Birliyi ölkələrinə öz istehsalı olan silahların Ukraynaya tədarük edilməsinə razılıq verib.

AzerTimes xəbər verir ki, bu barədə məlumat İsveçrə Feredal Şurasının saytında yerləşdirilib.

Məlumatda qeyd edilib ki, digər ölkələrin İsveçrədən aldığı silahları Ukraynaya göndərməsi dövlətin “neytral statusu”na xələl gətirmir.

Qeyd edək ki, İsveçrədən razılıq almaq üçün Almaniya və Danimarka müraciət etmişdi.

Beləliklə, Almaniya “Gepard” və BTP Piranha III özüyeriyən zenit qurğuları üçün 12,4 min 35 mm-lik mərmi, Danimarka isə 22 ədəd Piranha III zirehli transportyoru göndərəcək.

Teqlər: