İsveçli səyyahlar Ağalı kəndində

İsveçli səyyahlar Ağalı kəndində

İsveç səyyahlar qrupunun işğaldan azad edilmiş ərazilərə səfəri davam edir. Onların növbəti dayanacaq yeri Zəngilan rayonunun Ağalı kəndi olub.

AzerTimes xəbər verir ki, qrupa “Club 100”un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir.

İsveçdən gəlmiş heyətə 30-dan çox səyahətçi daxildir. Səyyahlar Ağalıda yaradılan şəraitlə tanış olacaq. Onlara otuz ilə yaxın işğal altında qalan Zəngilanda törədilmiş erməni vandalizmi barədə məlumat veriləcək. Həmçinin onlar tarixi tikililər və abidələrin dağıdılması barədə məlumatlandırılacaqlar. Eyni zamanda işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada genişmiqyaslı tikinti işlərinin şahidi olacaqlar.

Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, biri-i isə 2023-cü ildə reallaşıb. İsveçdən olan səyahətçilərin səfəri bu qəbildən olan sayca 7-ci səfərdir. İsveçdən gəlmiş heyətə 30-dan çox beynəlxalq səyahətçi daxildir. Bu səfərlər çərçivəsində dünyada tanınan 200-dən çox səyyah Qarabağ və Şərqi Zəngəzurla tanış olub.

Teqlər: