İsveçli rejissor Şuşa haqqında sənədli film çəkəcək

Şuşa. Trend:

İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhərinin
mədəni-tarixi irsi haqqında sənədli film çəkməyi planlaşdırır.

Trend-in
məlumatına görə, o, bunu Şuşada “Cənubi Qafqazda inkişaf və
əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans çərçivəsində
jurnalistlərə deyib.

“Bu, Avropa ictimaiyyətinə bu şəhərin xüsusiyyətləri və
mədəniyyətini izah etmək cəhdidir. Filmin premyerası avqust ayında
Türkiyədə baş tutacaq, çəkilişlər isə Şuşa və Bakıda keçiriləcək.
Şuşada gördüyüm ən təsirli məqamlardan biri Azərbaycan mədəniyyət
xadimlərinin güllələnmiş abidələri idi. Onlar bütün dağıntıların
bərpasının mümkünlüyünün rəmzidir, bütün abidələr yaxın gələcəkdə
bərpa ediləcək.

Qeyd edək ki, bu gün Şuşada “Cənubi Qafqazda inkişaf və
əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə
beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində “Şuşa – dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” mövzusunda iki panel
müzakirələri nəzərdə tutulub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: