İsveçli jurnalistdən Türkiyəyə dəstək: Buna son qoyulmalıdır!

İsveçli jurnalistdən Türkiyəyə dəstək: Buna son qoyulmalıdır!

İsveç hökuməti Türkiyəyə qarşı silah embarqosuna son qoymalıdır.

AzerTimes xəbər verir ki, bunu isveçli jurnalist Frida Vallnor deyib.

O bildirib ki, hökumət eyni zamanda PKK/YPG tərəfdarı, müstəqil deputat Amineh Kakbave ilə əldə olunan anlaşmanı da ləğv etməlidir:

“İsveç parlamenti hər gün yeni xaos xəbərləri ilə daha da biabırçı vəziyyətə düşür. Xüsusən də, solçu deputat bütün NATO prosesini “girov” götürüb. Bu dəfə Kakbave əlavə büdcə ilə bağlı qanun layihəsinin parlamentdə qəbul edilməsinin şərti kimi, hökumətdən Türkiyəyə qarşı de-fakto silah embarqosunu saxlamağı tələb edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yanaşma ilə bağlı sərt fikirləri də tamamilə başa düşüləndir. Məsələ ilə bağlı məsuliyyət birbaşa hökumətin üzərinə düşür”.

Teqlər: