İsveçin SEB bankı Rusiyada fəaliyyətini dayandırıb

İsveçin “Skandinaviska Enskilda Banken” (SEВ) bankı Rusiyadakı
fəaliyyətini dayandırır.

AzerTimes-ın məlumatına görə, bu barədə bankın açıqlamasına
istinadən “Dagens Industri” qəzeti xəbər yayıb.

“Mövcud şəraitdə SEB Rusiyada fəaliyyətini davam etdirə bilmir
və bu səbəbdən fəaliyyətini dayandırmağa başlayıb. Bu, normativ və
hüquqi öhdəliklərə uyğun olaraq məsuliyyətli və nizamlı şəkildə
həyata keçiriləcək”, – deyə bankın açıqlamasında bildirilir.

Qeyd edək ki, SEB-in Rusiyanın Sankt-Peterburq və Moskva
şəhərlərində filialları var.