İsveçin xarici işlər naziri Ann Linde bildirib ki, İsveçdə
hakimiyyətdə olan Sosial Demokrat Partiyası ölkənin NATO-ya daxil
olmasının tərəfdarı olub.
AzerTimes-ın
məlumatına görə, bu barədə İveç xarici işlər naziri Ann Linde öz “Twitter” səhifəsində yazıb.
“Bu gün İsveç Sosial Demokrat Partiyası tarixi qərar qəbul edib:
o, müdafiə alyansına – NATO-ya qoşulmağı dəstəkləmək qərarına
gəlib”, – deyə A.Linde bildirib.
Partiyanın bəyanatında deyilib ki, partiya Stokholmun NATO-ya
üzvlük üçün müraciət etməsi üçün çalışacaq.