İsveçin ən böyük atom elektrik stansiyasının reaktoru turbinlərin dayanması səbəbindən bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.
“AES-in 3 saylı Oskarshamn reaktoru turbin dayanması səbəbindən elektrik şəbəkəsindən ayrılıb. Nasazlıqların aradan qaldırılması üçün işlər davam edir”, – AES-in sözçüsü Dezire Lileval bildirib.
Qeyd edək ki, İsveçin üç atom elektrik stansiyasında altı aktiv reaktor var. Oskarshamn reaktoru onların ən böyüyüdür və 1400 meqavat gücə sahibdir.