İsveç təhlükəsizlik məsələləri və terrorla mübarizə də daxil
olmaqla, Türkiyə ilə ikitərəfli əlaqələrin möhkəmlənəcəyinə ümid
edir.
Trend xəbər verir ki, bunu İsveçin baş naziri Maqdalena
Andersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla krallığın
NATO-ya üzvlüyü ilə bağlı telefon danışığından sonra deyib.
“İsveçin NATO-ya üzvlüklə bağlı müraciəti üzrə Türkiyə
Prezidenti R.T.Ərdoğanla bugünkü söhbəti yüksək qiymətləndirirəm.
Biz ikitərəfli əlaqələrimizi, o cümlədən sülh, təhlükəsizlik və
terrorizmlə mübarizə məsələlərini möhkəmləndirməyə ümid edirik”, –
deyə baş nazir bildirib.