İsveçdən PKK açıqlaması: Ankara bunu görür

İsveçdən PKK açıqlaması: Ankara bunu görür

Türkiyə ilə İsveç arasında NATO-ya üzvlüklə bağlı danışıqlar problemsiz şəkildə davam edir.

AzerTimes xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, hazırda PKK və YPG ilə təmasda deyilik:

“Bu vəziyyət Türkiyə hökuməti tərəfindən də qeydə alınır. Hazırda İsveçin hökumət rəsmilərinin də PKK/YPG-yə rəğbət bəsləyənlərlə hansısa anlaşmaya getməsindən söhbət gedə bilməz”.

XİN başçısı eyni zamanda vurğulayıb ki, Türkiyə azad seçkilər keçirən dövlətdir:

“Beləliklə, demokratiyanın meyarları yerinə yetirilir. Məsələn, insan haqları baxımından problem olanda çəkinmədən Türkiyə hökumətinə də deyirik”.

Teqlər: